Menu

Ötən həftə ABŞ-ın neft ehtiyatları 1,57 milyon barel artıb

27.11.2019, 23:33
Ötən həftə ABŞ-ın neft ehtiyatları 1,57 milyon barel artıb

Ötən həftə ABŞ-ın neftin ticarət ehtiyatları 1,572 milyon barel artıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" bildirib.

Ölkənin Energetika Nazirliyinin məlumatına əsasən noyabrın 22-də Birləşmiş Ştatların neft ehtiyatları 451,952 milyon barel təşkil edib.

"Bloomberg" agentliyi tərəfindən rəyi soruşulmuş analitiklər bildiriblər ki, neft ehtiyatlarının 878 min barel azalacağını gözləyiblər.

2020-ci ilin yanvarında "Brent" markalı neftin Londonun ICE birjasında bir barelinin fyuçers qiyməti 0,16%-ə qədər ucuzlaşaraq, 63,11 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol