Menu

Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

25.09.2014, 09:52
Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bu gün Bakının iki rayonunun ərazisində içməli suyun verilişində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Nəsimi rayonunun Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol