Menu

82 yaşlı Ağacan Abiyev daha namizəd olmayacaq- "Dinamik dəyişmə olmalıdır"

28.11.2019, 15:45
82 yaşlı Ağacan Abiyev daha namizəd olmayacaq- "Dinamik dəyişmə olmalıdır"

“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyimi irəli sürməyəcəyəm”. Apa xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

Deputat Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının parlamentin buraxılması barədə təşəbbüsünü düzgün adlandırıb: “İstər 5, istər 10, istərsə də 15 il olsun, hesab edirəm ki, dinamik dəyişmə olmalıdır. Dinamik dəyişmə tez-tez olursa demək ki, hərəkətlidir. Dinamika yüksək olan yerdə böyük dəyişikliklər ola bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol