“XƏSTƏ BAZARI” SAĞALDA BİLMƏYƏN PALATA – MBNP-nin ləğvi hansı zərurətdən irəli gəlirdi?

Adında "palata" sözü olsa da, özü elə doğuluşundan xəstə qurum təsiri bağışlayan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğvi məsələsi artıq çoxdan gündəmdə idi. Aparılan iqtisadi islahatlar və struktur islahatları 2016-cı ildə böyük ümidlərlə yaradılan, lakin sonradan maliyyə-bank sektorunda kimlər üçünsə növbəti "yağlı tikə"yə çevrilən bu qurumun ləğvi zərurətə çevrilirdi. 

İqtisadi sektorda struktur dəyişiklikləri başlayanda ən çox məhz MBNP-nin ləğv edilərək, səlahiyyətlərinin başqa bir quruma veriləcəyinin proqnozlaşdırılması da təsadüfi deyildi. 

Məsələ ondadır ki, bu qurumun yaradılmasında əsas məqsəd məlum devalvasiyalardan sonra Azərbaycanın bank sektorunun sağlamlaşdırılması, əhalinin banklara inamının bərpası, qiymətli kağızlar bazarının, nəhayət ki, canlandırılması, bankların qeyri-neft sektorunun maliyyələşdirilməsində iştirakının yüksək səviyyədə təmin edilməsi, sığorta sektorunun inkişafı və s. məsələlərin həlli idi. 

2008-2016-cı illərdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olmuş, kifayət qədər cavan və savadlı kadr kimi təqdim edilən Rüfət Aslanlının bu quruma sədr təyin edilməsi də təsadüfi deyildi. Çoxları bu qurumun yaradılmasının və məlum təyinatın maliyyə-bank sektorunda ciddi dönüşə səbəb ola biləcəyini düşünürdülər. 

Lakin R.Aslanlının timsalında məlum oldu ki, doğrudan da idarəetmədəki problem heç də kadrların yaşı yox, sistem və təfəkkür problemidir. Belə ki, R.Aslanlı da ümumi axına qoşularaq, onun üzərinə qoyulan məsuliyyəti, işi, ona göstərilən etimadı bir kənara qoyub, varlanma peşinə düşdü. 

Təkcə onu qeyd etmək kifayətdir ki, mətbuatda bank sektorundakı mənbələrə istinadla təkcə "Bank Standard"-ın müflisləşməsi işindən R.Aslanlının 40 milyon manata yaxın qazanc götürdüyünə dair məlumatlar dərc edilib. Bahalı həyat tərzi ilə seçilən R.Aslanlı nəhayət 2018-ci ilin oktyabrında vəzifəsini itirdi və MBNP-nin yeni nizamnaməsi təsdiqləndi. Aslanlı ilə bağlı müxtəlif qalmaqallı faktlar üzə çıxdı, ölkədən çıxışına qadağa qoyuldu və sair.

Lakin ondan sonra MBNP-yə faktiki rəhbərliyi həyata keçirən İbrahim Alışov da hər hansı ciddi nailiyyətilə seçilmədi. Əksinə, MBNP ilə bağlı narazılıqlar artmaqda davam etdi. Belə ki, daha bir narazılıq qurumun hesabatlı olmaması ilə bağlı idi. Bir müddət əvvəl media Palatanın hesabatlarını açıqlamamasını yazdıqdan sonra qurumun saytında 2017 və 2018-ci illərin hesabatları yerləşdirildi. 

Lakin olduqca zəif olan bu sənədlər heç də şəffaflıqdan xəbər vermirdi. Bütün bunlar o nəticəyə gəlməyə əsas verirdi ki, qurumun idarə olunmasında problemlər var və açıq görünürdü ki, MBNP rəhbərliyi maliyyə bazarlarına nəzarət edə və bu sahədəki vəziyyəti düzəldə bilmir - baxmayaraq ki, məsələn Mərkəzi Bankdan fərqli olaraq, bank sektoruna birbaşa nəzarət və tənzimləmə rıçaqları məhz onun səlahiyyətində idi.

Palata bu sektorda daha münbit şərait yaratmağın əvəzinə bank əməliyyatlarının məhdudlaşdırılması və banklararası əməliyyatlarla bağlı verdiyi qərarlarla ciddi problemlərə yol açdı. Misal üçün, nağdsız dövriyyə ilə bağlı qəbul edilmiş qərar həm banklara, həm də sahibkarlara ciddi problemlər yaratdı və heç də bankların real sektorla işinə müsbət təsir göstərmədi. Əksinə, hətta müəyyən dövrdə MBNP bankların işini iflic duruma saldı.

İbrahim Alışovun özününsə adı mətbuatda ölkənin kommersiya banklarının birində həyata keçirilən çirkli sxemlərdə iştirakda hallandırıldı. İ.Alışova siyasi hakimiyyətdəki münasibətin bariz göstəricisi isə bu idi ki, rəhbərlik etdiyi qurum iqtisadiyyat üçün kifayət qədər strateji əhəmiyyət kəsb etsə də, onun özü Prezidentin yanında keçirilən heç bir iqtisadi müşavirəyə dəvət edilmirdi.

Bir sözlə, maliyyə-bank sektorunun MBNP adlı qurum və onun rəhbərliyi sarıdan bəxti heç cür gətirmədi... Nəhayət, ölkə başçısı noyabrın 28-də "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi və Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verildi.

Göründüyü kimi, bu sərəncamın verilməsində məqsəd demək olar ki, bütün maliyyə sektorunun tənzimlənməsini və idarə edilməsini bir əldə, yəni Mərkəzi Bankda cəmləşdirməkdir. Əslində, bu addım elan olunan iqtisadi islahatların intensivliyinə xidmət edir və maliyyə-bank sektorunda qəbul edilən qərarların monitorinq mexanizmlərini xeyli sadələşdirir. 

Çünki indiyə qədər əksər hallarda maliyyə-bank sektorunun tənzimlənməsində ciddi çətinliklər yaranırdı, bəzi qərarlar Mərkəzi Bank tərəfindən qəbul edilsə də, icrasını MBNP həyata keçirirdi. Bununla yanaşı, MBNP ilə Mərkəzi Bankın fəaliyyətində uzlaşma yaratmaq çətinlik törədirdi, həmçinin Palata Mərkəzi Bankın normativ qərarları əsasında idxalçı və ixracatçı şirkətləri cərimələyərək narazılıqlara səbəb olurdu. 

Bir sözlə, müəyyən pərakəndəlik və anlaşılmazlıqlar yaranırdı. Məlum sərəncam isə bütün bu problemləri aradan qaldırır və çevik qərarlar verərək, onların reallaşdırılmasına, həmçinin bu prosesin monitorinqini vahid mərkəzdən aparmağa kömək edir.

Bu məsələdə kadr amili də ciddi rol oynayır. Belə ki, maliyyə-bank sektorunun tənzimlənməsində ən təcrübəli və peşəkar kadrların məhz Mərkəzi Bankda cəmləşdikləri şübhəsizdir. Ölkədə inflyasiya proqnozlarından tutmuş manatın məzənnəsi, uçot dərəcəsi, ÜDM-in dəyişməsi dinamikasına qədər bütün ciddi makroiqtisadi göstəricilər, maliyyə proqnozları və s. məhz Mərkəzi Bank tərəfindən müəyyənləşdirilərək, təqdim olunur. Həmçinin, ölkənin bank sektorundakı real durumu da tənzimləyici orqan olan Mərkəzi Bank qədər heç bir qurum bilmir. Bu baxımdan maliyyə-bank sektoruna nəzarətin demək olar bütünlüklə məhz Mərkəzi Banka verilməsi daha məqsədəuyğun idi və bu qərarın elan olunan iqtisadi islahatların perspektivinə müsbət təsir edəcəyi şübhə doğurmur.

Bir məqama da diqqət yetirmək lazımdır ki, bu sərəncamla qiymətli kağızlar bazarına nəzarət də Mərkəzi Bankın kurasiyasına keçir. Bu isə maliyə sektorunun önəmli tərkib hissələrindən birini təşkil edən və ciddi islahata, inkişafa ehtiyacı olan qiymətli kağızlar bazarının canlanmasına xidmət edə bilər.

Bəs indi, yəni MBNP-nin ləğv edilərək, səlahiyətlərinin Mərkəzi Banka verilməsi reallıqda ilkin olaraq hansı nəticələri verəcək? 

Yuxarıda qeyd edildiyi kimi, MBNP Mərkəzi Bankın normativ qərarları əsasında idxalçı və ixracatçı şirkətləri cərimələyərək narazılıq yaradırdı. Yəqin ki, bu praktikaya hansısa formada son qoyulacaq.

Həmçinin, böyük ehtimalla, Mərkəzi Bank yeni islahatlar çərçivəsində məcmu kapital tələbinə cavab verməyən, gəlirləri xərclərini ödəməyən bankların lisenziyalarını ləğv edəcək. Bundan başqa, zəif bankların birləşməsi tələbi də yenidən gündəmə gətirilə bilər. Belə ki, hazırda ölkədəki bir neçə bankın məcmu kapitalı minimal tələbdən aşağıdır və daha bir neçə bank zərərlə işləyir.

Bütün bunlarla yanaşı, istənilən ortabab iqtisadçı da gözəl anlayır ki, təkcə struktur islahatları, bir qurumun ləğv edilərək, digərinə birləşdirilməsi, bir kadrın digərilə əvəzlənməsi, daha gənc kadrlara yer verilməsi və s. ilə iqtisadiyatdakı, maliyə-bank sektorundakı problemləri həll etmək asan deyil. Əsas məsələ sistemdə köklü islahatlara getmək, iqtisadiyyatı, bank sektorunu məmur oliqarxiyasından təmizləmək, ölkənin maliyyə qaynaqlarını sahibkarlar üçün əlçatan etmək, şəffaf, azad iqtisadi rəqabət mühitini formalaşdırmaq, iqtisadi mübahisələri obyektiv həll edən məhkəmə-hüquq sistemi yaratmaq və s. bu qəbildən olan addımların atılmasıdır.

Bəyan edilən iqtisadi islahatlarla bağlı verilən qərarların dinamikası isə ümid yaradır ki, yaxın perspektivdə sadalanan bütün bu addımlar atılacaq.

Murad MƏMMƏDOV

AzPolitika.info

Şərhlər

Sual 2019-11-30 12:43:11

Davamı......Orta müddətli perspektivdə hazırda istifadə olunan manatan sabit məzənnəsinin qorunması rejiminin dəyişməsinə alternativ yoxdur, üzən məzənnə rejiminin istənilən formada istifadəsinin isə məhdudlaşdırıcı amilləri var - monetar sferada istifadə edilən alətlərin məhdudluğu və aşağı səmərəliliyi. AMB (və keçmiş MBNP) tərəfindən geniş istifadə olunan birbaşa təsir alətləri - valyuta müdaxilələri, ehtiyat normaları, valyuta əməliyyatları üzrə məhdudiyyətlər və s., üzən məzənnə rejimi şəraitində aşağı səmərəli alətlərdir. Xarici valyutaya olan tələbin səviyyəsinin tənzimlənməsində dolayı təsir alətləri (faiz dərəcəsi) və açıq bazar əməliyyatlarının geniş istifadəsi isə inkişaf etmiş maliyyə bazarının mövcudluğunu tələb edir....uğurlar!!!

Sual 2019-11-30 12:40:10

Davamı:......Azərbaycanda sosial-iqtisadi inkişafın konsepsiyası dəyişilməlidir, o cümlədən makroiqtisadi sabitlik və iqtisadi artım nisbətindəki münasibətə: “ilk öncə makro-sabitlik, daha sonra iqtisadi artım” prinsipi, “ilk öncə iqtisadi artım, onun vasitəsi ilə makroiqtisadi sabitlik” prinsipi ilə əvəzlənməlidir. AMB, Maliyyə nazirliyi və maliyyə bazarlarının tənzimlənməsini həyata keçirən digər qurumlar arasında əlaqələndirmənin mövcud olan forması, eyni zamanda, həm davamlı sabitliyin, həm də davamlı iqtisadi artımın təmin olunmasına imkan vermir. İqtisadiyyatda maliyyə sabitliyinin təmin olunması, yalnız mübadilə məzənnəsinin sabitliyi ilə əldə oluna bilməz (hansıki inflyasiya səviyyəsini sabit saxlanılması məqsədi ilə təmin edilir). Belə sabitlik müvəqqətidir və istənilən halda, dövrü olaraq, pozulacaq. Eyni ilə iqtisadiyyatda iqtisadi artımın davamlığı yalnız büdcə xərclərinin davamlı artımı ilə təmin oluna bilməz (2011-20133-cü illər təcrübəsi bunu göstərdi). Sadə misalda da bunu görmək olur, ÜDM-in hesablanma strukturu üzrə - istehlak və dövlət investisiyalarının səviyyəsi artdıqca idxal səviyyəsidə artır, nəticədə kiçik iqtisadi artım və daha pisi staqnasiya müşahidə edirik

Sual 2019-11-30 12:38:46

Dünyanın əksər ölkəsində maliyyə sabitliyi mərkzi bankların səlahiyyətindədir, onların məsuliyyətidir (məsələn, Rusiya mərkəzi bankı) və mərkəzi bank maliyyə bazarlarında meqa requlyator kimi çıxış edir. İndi deyəsən bizdə də, nəhayətki, bu meyl formalaşır. Lakin mühüm olan AMB-in indiyə kimi gördüyü işlər yox (bunlar məlumdur), bundan sonra görəcəyi işlərdir. Məsələn, inflyasiyanın səviyyəsini proqnozlaşdırmaq olar, hətta bu proqnozu dəqiqliklə təmin etmək də olar, amma mühüm olan -“nəyin bahasına” sualıdır. Təbii ki, dövriyyədə olan pul kütləsinin sıxılması və iqtisadi aktivliyin zəiflədilməsi Azərbaycan üçün məqbul model deyil. Dj.Stiqlisin məşhur deyimi var ....” mərkəzi banklar tərəfindən inflyasiya səviyyəsinə nəzarət yeganə və əsas hədəf qismində çıxış edə bilməz, inflyasiya, yalnız iqtisadi artımın sürətlənməsi və işsizliyin azaldılması vasitəsi kimi baxılmalıdır. Makroiqtisadi stabilləşmədə pul-kredit siyasətinin qiymətlərin sabitliyinin təmin olunmasına istiqamətlənməsi obyektiv səbəblərdən daha çox subyektiv səbəblərə malikdir ”. Düşünürəm subyektiv səbəblər deyəndə Dj.Stiqlisin nəyi nəzərdə tutduğunu izah etməyə ehtiyac yoxdur.....)))))))))))))))

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.