Türkiyə və Çinlə strateji münasibətlərinin sayəsində Rusiya özünün «cazibə mərkəzi» statusunu qaytarıb. Bu barədə Türkiyənin «The Daily Sabah» nəşrinin dərc etdiyi analitik materialda sözbət açılır.
Nəticədə, bu ölkələr Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) üçün gerçək «təbii fəlakət»ə çevriliblər. Belə ki, jurnalistlərin fikrincə, müstəqil siyasət yeridən Türkiyə Qərbə «sunami» sayaq təzyiqlər edir.
Rusiya isə təkcə Şimali Afrikanı özünün təsir dairəsinə birləşdirməyib, həm də özü üçün sərfəli qaydada Almaniya, Fransa, İsrail, Səudiyyə Ərəbistanı və Misirlə münasibətləri inkişaf etdirməyə başlayıb. Diqqət çəkəndir ki, bu ölkələr ənənəvi olaraq, Vaşinqtonun yaxın müttəfiqləri sayılırdılar.
AzPoitika.info


Şərhlər