İmişli sakini ov zamanı güllə yarası alıb."Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Sarı Su gölünün İmişli ərazisində olan hissəsində baş verib.
Belə ki, 1979-cu il təvəllüdlü Mahmudov Hikmət Güloğlan oğlunun əlindəki İJ-58 markalı tüfəngdən atılan güllə həmyerlisi,1984-cü il təvəllüdlü Yaqubov Samir Yusif oğlunun bud nahiyəsinə dəyib. Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilərək Reanimasiya Şöbəsinə yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.


Şərhlər