Menu

Bakıda kran yanıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub

01.12.2019, 11:08
Bakıda kran yanıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub

Bakı şəhərinin Yasamal rayonunda "KB-405" markalı birqülləli kranın kabinə hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, kranın qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol