Menu

"Mançester Siti" xal itirdi, "Liverpul" liderliyini möhkəmləndirdi

01.12.2019, 11:47
"Mançester Siti" xal itirdi, "Liverpul" liderliyini möhkəmləndirdi

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib. Qol.az xəbər verir ki, turun açılış matçında “Mançester Siti” “Nyukasl”ın qonağı olub. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Lider “Liverpul” “Brayton”u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

30 noyabr

İngiltərə Premyer Liqası

14-cü tur

"Nyukasl" – "Mançester Siti" - 2:2 

Qollar: Villems, 25. Şelvi, 88 – Sterlinq, 22. De Breyne, 82.

"Bernli" – "Kristal Pelas" - 0:2 

Qol: Zaha, 45+1. Şlupp, 78.

"Çelsi" – "Vest Hem" - 0:1 

Qol: Kressuel, 48.

"Liverpul" – "Brayton" - 2:1 

Qol: Van Deyk, 18 (1:0), 24 (2:0), Dank,79 (2:1)

"Tottenhem" – "Bornmut" - 3:2 

Qol: D.Alli, 21, 50. Sissoko, 69 – Uilson, 73; 90+6.

"Sauthempton" – "Uotford" - 2:1 

Qol: Sarr, 24 (0:1), İnqs, 78 (1:1), Uord-Prouz, 83 (2:1)

Bu nəticələrdən sonra "Liverpul" xalını 40-a çatdıraraq liderliyini möhkəmləndirib. "Mançester Siti" 29 xalla 2-cidir. "Lester" eyni xalla 3-cüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol