Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə RİA Novosti" məlumat yayıb. Məlumata görə, hadisə zamanı 15 nəfər ölüb.
***
Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.
Bu barədə "Report" TASS-a istinadəla xəbər verir.
Qeyd edilir ki, hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Qəza nəticəsində daha 5 nəfər xəsarət alıb.
Hadisə zamanı avtobusda 43 nəfər olub.
İlkin məlumata görə, hadisəyə avtobusun ön təkərinin partlaması səbəb olub.


Şərhlər