Menu

“Qalatasaray” "Trabzonspor"la matçda məğlubiyyətdən qaçıb

01.12.2019, 22:11
“Qalatasaray” "Trabzonspor"la matçda məğlubiyyətdən qaçıb

Türkiyə Super Liqasında XIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun üç oyunu keçirilib.

“Başakşəhər” evdə vurduğu iki qolla “Antalyaspor”a qalib gəlib. “Qaziantep”in qonağı olan “Dənizlispor” səfərdə üç xal qazanıb.

Turun mərkəzi oyununda “Trabsonspor”la “Qalatasaray” üz-üzə gəlib. Trabzonlular ikinci hissənin əvvəlində hesabı açsalar da, üstünlüyü qoruya bilməyiblər. İstanbul klubu görüşün sonunda məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Türkiyə Super Liqası

XIII tur 

1 dekabr

“Qaziantep” – “Dənizlispor” – 1:2 

Kayode, 54 – Saçko, 58, 85 

“Başakşəhər” – “Antalyaspor” – 2:0 

Klişi, 60, Aleksiç, 63

“Trabsonspor” – “Qalatasaray” – 1:1 

Sorlot, 50 – Naqatomo, 90

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol