Menu

Rusiya bayrağı qafqazlıların ürəyindədir - Putin təbliğat aparmağı tövsiyyə edib

02.12.2019, 00:14
Rusiya bayrağı qafqazlıların ürəyindədir - Putin təbliğat aparmağı tövsiyyə edib

Nalçikdə millətlərarası münasibətlər üzrə Şuranın iştirakçılarından birinin «Kabardin-Balkar admiistrasiyasın binası istisna olmaqla, tədbirin keçirildəiyi Naiçikdə Rusiya Federasiyasının bayrağı yoxdur» səciyyəli atmacasına münasibət bildirən prezident Vladimir Putin belə cavab verib: «Rusiya bayrağı qafqazlıların ürəyindədir».

«TASS» agentliyinin xəbər verdiyi kimi, Putin hesab etmir ki, Qafqazda Rusiya dövlətinin rəmzləri həddindən ziyadə azlıq təşkil edir.

O, qeyd edib ki, Nalçikdə gəzəkən bir neçə dəfə Rusiya bayrağını görüb. Prezident əlavə edib ki, dövlət rəmzlərinin populyarlığı hakimiyyətdən asılıdır: «Təbliğat aparmaq lazımdır». 

Xatırladaq ki, bundan əvvəl elə həmin iclasda Putin bəyan edib ki, miqrantların adaptasiyası zamanı «radikalizmin qarşısının sərt şəkildə alınması» Rusiya üçün vacibdir.

Onun sözlərinə görə, əmək miqrasiyası mövzusu və miqrasiya siyasəti bu gün Rusiyanın bütün bölgələri üçün aktualdır: «Rusiya buraya yaşamaq, oxumaq və işləmək üçün gələnlərə kömək etməyə hazırdır və borcludur. Ancaq nadanlığın, ekstremizmin və ralikal təlimlərin istənilən risklərinin qarşısı alınmalıdır".

O, bütün qubernatorlardan xahiş edib ki, milli məsələni daim şəxsi nəzarətdə saxlasınlar.

AzPolitika.info

Şərhlər

Elli 2019-12-02 12:06:19

Putin Qarabağı qaytarmasa ruslara münasibət də adekvat olacaq. ruslarda məsəl var ki, deyirlər "s kakim privetom s takim je otvetom"

elxan 2019-12-02 09:16:34

Rusdari bizden bashqa, adam yerne qoyan yoxdu))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol