Menu

"Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir" - Elmar Məmmədyarov

03.12.2019, 13:23
"Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir" - Elmar Məmmədyarov

"Rəsmi Bakı və Moskva arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Ümumilikdə deyə bilərəm ki, bütün məsələlər müzakirə olundu. Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir", - E.Məmmədyarov vurğulayıb.

Onun sözlərinə görə, tərəflər Rusiya və Azərbaycan XİN-ləri arasında 2020-ci il üçün Məsləhətləşmə Planını imzalayıblar.

Nazir bildirib ki, ölkələr arasındakı ticarət dövriyyəsi artmaqdadır: "Hazırda bu, 2,5 milyard ABŞ dolları təşkil edir və ilin sonuna qədər 3 milyard dollara çata bilər".

Şərhlər

t.ədalət 2019-12-03 19:37:21

Hansı "strateji əməkdaşlıqdan" danışmaq olar ki,Rusiya Azərbaycan ərazilərinin işğalında ermənilərlə birlikdədir və ərazilərimizdə dəfələrlə soyqırımlar törədib.Bəlkə,biz bilmirik,ölkəmizdə qətliamlar törədən ölkələri ermənilərin qudası cənab Məmmədyarov demişkən,dost hesab etməliyik?

vuqar 2019-12-03 15:31:44

Senin kimi diplomatin basina bir das duwsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol