Dekabrın 27-də Milli Məclisin iclası keçiriləcək.
"AzPolitika.info"-nun əldə etdiyi məlumata görə, bu parlamentin sonuncu iclası olacaq.
Hələlik gündəliyə hansı məsələlərin salınacağı bəlli deyil.
Xatırladaq ki, indiyə qədərki təcrübəyə əsasən hər ilin sonunda parlament toplanaraq bir sıra məsələləri müzakirə edir, daha sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə müraciət qəbul edir. Bu dəfə analoji müraciətin qəbul olunub-olunmayacağı da aydın deyil.
Dekabrın 2-də Azərbaycan Milli Məclisi özünü buraxmaqla bağlı Prezident İlham Əliyevə müraciət edib.


Şərhlər
Özünü dekabrın 2-də buraxmış Milli məclisin dekabrın 27-də toplanması hansı qanunla tənzimlənir? Bu paradoks deyilmi? Millətlə oyun oynayırlar? Ya ilin bitməsi gözlənilməli idi,ya da bu məsələ gələn ilə keçirilərdi.Zatən 2020 ci ildə Milli Məclisə növbəti seçki olmalı idi.Bu nə oyundur?nön
milmil məylisin evtanaziyası