Menu

Xalq artisti Rafael Dadaşov danışa bilir, vəziyyəti ağır stabildir - Xəstəxanadan açıqlama

03.12.2019, 16:15
Xalq artisti Rafael Dadaşov danışa bilir, vəziyyəti ağır stabildir - Xəstəxanadan açıqlama

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Reanimasiya şöbəsində müalicəsi davam edən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti qaydasındadır.

Xəstəxanadan “Report”a verilən məlumata görə, aktyor danışa bilir və hər şey qaydasındadır.

Qeyd olunub ki, aktyor xəstəxanaya ötən gün ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və Ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə gətirilib. Hazırda müalicəsi davam edir və müvafiq müalicə tətbiq edilir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir:

“Rafael Dadaşov hələ 2009-cu ildə xəstəxanada ürək əməliyyatı olunub. 5-6 il sonra isə Ağciyərlərin xroniki abstruktiv xəstəliyi ilə müalicə olunub”.

Şərhlər

Nika 2019-12-03 20:38:30

ALLAH şəfa versin!

Elli 2019-12-03 20:30:22

Allah kömək olsun, yastığı yüngül olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol