Menu

Bakıda güclü külək fəsadlar törədib - FOTO

03.12.2019, 22:13
Bakıda güclü külək fəsadlar törədib - FOTO

Dekabrın 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin müxtəlif rayonlarında güclü külək nəticəsində bir sıra fəsadların baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonunda bir neçə dam örtüyünün qoparaq asılı vəziyyətdə qalması, Səbail rayonu hündürmərtəbəli binanın eyvan şüşəsinin qırılaraq asılı vəziyyətə qalması və s. təhlükəli vəziyyətlərin aradan qaldırılması üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Təhlükəli vəziyyətlər aradan qaldırılıb.

Qeyd olunan məlumatlar aidiyyəti üzrə istiqamətləndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol