Menu

“Atamın vəfatı barədə məlumatlar yalandır” - Yevda Abramovun oğlu (Yenilənib)

03.12.2019, 23:06
“Atamın vəfatı barədə məlumatlar yalandır” - Yevda Abramovun oğlu (Yenilənib)

Oğlu Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.

O, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

Mərkəzi Klinik Xəstəxanadan da APA-ya bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır. 

***

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

Bu barədə Yenicag.az saytı məlumat yayıb.

Y.Abramov uzun müddət idi ağır xəstəlikdən əziyyət çəkirdi. 

Allah rəhmət eləsin!

Şərhlər

t.ədalət 2019-12-03 22:58:44

Yevda ömrünü şərəflə yaşaya bildi.Özünün dediyi kimi,dərdlərini demək üçün azərbaycanlılar öz millətlərindən daha çox ona üz tuturdular..Allah rəhmət eləsin!

Elli 2019-12-03 22:37:25

Allah rəhmət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol