Menu

Bakıda ət mağazasında oğurluq olub

03.12.2019, 23:40
Bakıda ət mağazasında oğurluq olub

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qaçaq Nəbi 2 ünvanında yerləşən ət dükanda qeydə alınıb.

Ət, kərə yağı və pendir oğurlayan şəxslər dükanı tərk edən zaman nəzarət kamerasının yaddaş blokunu da özləri ilə aparıblar.

144 kiloqram ətin oğurlanma anı isə yaxınlıqdakı binanın nəzarət kamerasına düşüb.

Zərərçəkən Sərxan Bayramovun sözlərinə görə, bu, onun dükanından edilən sayca 3-cü oğurluqdur.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol