Menu

Azərbaycanın hər yerində pulsuz Wi-Fi şəbəkəsi quraşdırılacaq

25.09.2014, 13:02
Azərbaycanın hər yerində pulsuz Wi-Fi şəbəkəsi quraşdırılacaq

"Birinci Avropa Oyunlarınadək Bakıda və Azərbaycanın bölgələrində tam olaraq pulsuz Wi-Fi şəbəkəsi quraşdırılacaq".

SalamNews xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov məlumat verib.

O deyib ki, artiq bulvarda Wi-Fi şəbəkəsi qurulub: "Simsiz ve simli rabitə vasitəsilə Wi-Fi aparatlarının quraşdırılması həyata keçirilir. Bundan başqa, idman oyunlarının "Full HD" formatda yayımlanması üçün də işlər görülür. Oyunların keçiriləcəyi arenalarda kabel sistemi yenilənir. Ölkədə rəqəmsal yayıma tam olaraq bu ilin dekabrında keçiləcək. Aztəminatlı ailələrə onların rəqəmsal yayımı izləyə bilmələri üçün güzəştli qiymətlərlə aparatlar veriləcək."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol