Menu

Vasif Talıbov Nurlana Əliyevanı rektor təyin edib

05.12.2019, 18:41
Vasif Talıbov Nurlana Əliyevanı rektor təyin edib

Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilib.

"Report"un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, N.Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol