Menu

Rusiya XİN Bolqarıstan diplomatını "persona-non-qrata" elan edib

05.12.2019, 23:03
Rusiya XİN Bolqarıstan diplomatını "persona-non-qrata" elan edib

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı səfirliyinin diplomatını “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bolqarıstan Respublikasının Rusiyadakı səfiri Atanas Krıstin dekabrın 5-də Moskvada XİN-ə çağırılıb və ona nota təqdim olunub. Diplomatımız qarşılıqlı prinsip əsasında “persona-non-qrata” elan olunub”, - deyə nazirlik vurğulayıb.

Məlumata görə, bolqar diplomat Rusiyanın Sofiyadakı səfirliyinin “arzuedilməz şəxs” elan olunmuş əməkdaşı ilə eyni statusdadır. Qeyd edək ki, cari il oktyabrın 28-də casusluqda şübhəli bilinən Rusiyanın Moskvadakı səfirliyinin əməkdaşı Bolqarıstandan çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol