BELARUSDAN RUSİYAYA BALQABAQ MESAJI? - "Biz ona görə müstəqil dövlət qurmamışıq ki..."

Azadlıq Radiosunun Rus xidməti yazır ki, indiyədək Rusiya ilə Belarusun vahid ittifaq dövlətində birləşməsi haqqında söhbət gedəndə “birləşmə, dərin inteqrasiya və hətta anşlüs” kimi müxtəlif terminlərdən istifadə olunsa da, iki ölkənin birləşəcəyi gün yaxınlaşmaq bilmir.

Bu birləşmə epopeyasının növbəti mərhələsi dekabrın 7-də Soçi şəhərində yer alacaq. Burada Vladimir PutinAlyaksandr Lukashenka bir neçə “inteqrasiya sənədlərini” imzalamalıdırlar.

İki ölkəni vahid dövlətdə birləşdirməli olan müqavilə 20 il bundan əvvəl imzalanıb. Bəs reallıqda Belarus şərq qonşusu tərəfindən tamamilə udulub yox ola bilərmi?

Hər halda Belarusun müxalifət mətbuatı iki prezidentin görüşü ərəfəsində bu barədə narahatlıqla yazır.

Əslində isə Rusiya və Belarusun konfederasiya və ya federasiya şəklində birləşdirilməsinə dair söhbətlər çoxdan gedir.

Rusiyada bəzi politoloqlar deyirlər ki, iki ölkənin birləşməsi şəxsən Vladimir Putinin maraqlarına xidmət edərdi.

Beləki Vladimir Putinin 2024-cü ildən sonra da prezident olmaq perspektivi formal baxımdan problemli görünür. Lakin bu birləşmə baş versəydi, Putin artıq yeni ittifaq dövlətinin rəhbəri kimi hakimiyyətini davam etdirə bilərdi.

Burası da var ki, 1999-cu ildə Boris Yeltsin və Lukashenka tərəfindən imzalanmış ittifaq müqaviləsi iki ölkənin parlamentlərinin və nazirlər kabinetlərinin birləşdirilməsini nəzərdə tuturdu. Lakin bu, hələ baş verməyib. Ümumiyyətlə isə son 20 ildə bu istiqamətdə heç bir addım da atılmayıb.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, reallıqda Belarus prezidenti Rusiya ilə bir dövlətdə birləşməyə elə də can atmır.

Dekabrın 5-də Belarus parlamenti qarşısında çıxış edən Lukashenka deyib: "Biz heç vaxt hər hansı bir dövlətin tərkibinə daxil olmağa hazırlaşmamışıq və hazırlaşmırıq, hətta qardaş Rusiya ilə də. Yadınızda saxlayın: mən 3-4-5 il prezident işləmiş uşaq deyiləm. Mən sizinlə birlikdə gördüyüm işlərin üstündən xətt çəkmək istəmirəm. Biz ona görə müstəqil və suveren dövlət qurmamışıq ki, onu üstündə xaç olan yeşiyə uzadıb tullayaq və ya kiməsə verək. Nə qədər ki, sağam belə bir şey olmayacaq.Bu bizim ölkəmizdir”.

Belarus fəalları

Dekabrın 6-da rusiyalı həmkarı Dmitry Medvedevlə görüşündə Belarusun baş naziri Sergey Rumas da deyib ki, imzalanmış və imzalanacaq sənədlərin heç biri siyasi aspekti yox, iqtisadi aspekti nəzərdə tutur.

Onun sözlərinə görə, heç iqtisadi məsələləri də razılaşdırmaq mümkün olmayıb. Azı 16 məsələ açıq qalır. Bunlardan biri də Belarus istehlakçıları üçün Rusiya qazının hansı qiymətə olacağıdır.

Minsk israr edir ki, Moskva ona qazı özünün Smolensk vilayətində olan qiymətlərə satmalıdır. Hazırda Belarus Rusiya qazının hər min kubmetrinə 129 dollar ödəyir. Lakin bu müqavilənin müddəti tezliklə başa çatacaq.

Alyaksandr Lukashenka deyir ki, Vladimir Putinin ətrafındakı bəzi antibelarus simalar ona təzyiq göstərirlər. Lukashenka bu simaların adlarını çəkməyib, amma Belarus mediasında belə karikaturalar peyda olmağa başlayıb:

Belarusun nəhayət Rusiya ilə birləşəcəyinə dair illərdir davam edən söz-söhbətlər, öz ölkəsinin suverenliyini qurban vermək istəməyən belarusları da illərdir narahat edir.

Bu yaxınlarda bir qrup fəal Minskdəki Rusiya səfirliyinin qarşısına nəhəng balqabaq gətirib.

Heç demə belə bir qədim Belarus adəti var: Bir evə elçi gələndə, əgər qız adaxlını bəyənmirsə, onun qoltuğuna balqabaq verirlər.

635x100

Şərhlər

Elli 2019-12-07 13:20:28

qoltuğa balqabaq verib yola salmaq qəşəng adətdir

eloqlu 2019-12-07 12:24:40

zato bizimkiler rusdan el cekmir )))

Son yazılar