Menu

Mustafa Dənizli “Traktor”dan ayrılıb

07.12.2019, 16:43
Mustafa Dənizli “Traktor”dan ayrılıb

İranın “Traktor” klubunda baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Təbriz təmsilçisi tanınmış türkiyəli mütəxəssis Mustafa Dənizli ilə yollarını ayırıb.

Klubun yaydığı məlumatda müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilir. M.Dənizli “Traktor”u 9 çempionat oyununa çıxarıb. Təbrizlilər onun rəhbərliyi altında 5 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Bu müddətdə komanda 17 xal toplayıb.

Qeyd edək ki, zəngin karyeraya malik 70 yaşlı M.Dənizli “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, Türkiyə millisində də çalışıb. O, 2013-14-cü illərdə Azərbaycanda “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol