Minskdə Putinin fotolarını cırdılar – Rusiya ilə inteqrasiya əleyhinə aksiyalar başlayıb (FOTO)

«AzPolitika.info»-nun Belarus KİV-nə istinadla verdiyi xəbərə görə, paytaxt Minskdə Rusiya ilə inteqrasiyanın dərinləşməsi əleyhinə etirazlar alovlanıb.

«Təzə külək» hərəkatının nümayəndələri «canlı zəncir» aksiyası təşkil ediblər. Bu barədə «Tut.by» nəşri xəbər verib. Aksiyaçılar həmvətənlərini sıraya düzlənməyə çağırıblar. Nümayişə 200 nəfərə qədər insan qoşulub. Respublika sarayının yaxınlığında onlarla fəal Rusiya prezidenti Vladimir Putinin fotolarını cırıblar.

Son məlumatlara görə, daha bir razılaşdırılmamış aksiya bir neçə min insanı cəlb edib. Onlar əllərində «Rusiya ilə inteqrasiyadan imtina etmək və müstəqil respublikanı qorumaq» çağırışlı plakatlar gəzdiriblər.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Putinin ətrafı ona «sərt antibelarus təzyiqi» göstərirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar