Yevda Abramov dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

***

Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın qızları Fərəh Yusifova, Bəsdi Yusifova, Səbinə Abramova, oğulları Sasun Kohen (Abramov), Elçin Abramov, gəlinləri İlyanora Abramova, Culyetta Kohen (Abramova) və başqaları iştirak ediblər.

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Yevda Abramovun vəfatı ilə bağlı ünvanladığı məktubu mərasim iştirakçılarına çatdırıb.

Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib.








635x100

Şərhlər

İ.Mustafaoğlu 2019-12-08 19:34:18

Allah rəhmət eləsin, yeri cənnəti məkan olsun.

Elli 2019-12-08 15:30:41

Allah rəhmət eləsin!

t.ədalət 2019-12-08 14:34:06

İnsanın kimliyi onun əməlləriu ilə müəyyən olunur.Mərhum Yevda Abramov əməlləri ilə mənalı bir ömür yolu adlamış insan idi.Belələrininm hansı dini əqidə daşıdığı fərq etməz.Azərbaycanı şərəfləndirən belə adamların çoxluğu bizimlə yəhudilər arasındakı ilişki bağlarının dərin olduğuna əyani sübutdur.Abramovun simasında biz,dini fərqlərin İNSANLIQ qarşısında geri çəkildiyinin şahidi olduq.Allah sənə rəhmət eləsin!

Son yazılar