İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.“Report” bildirir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər - Diyalı kənd sakini, 1991-ci il təvəllüdlü Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər, İsmayıllı rayon sakinləri-1978-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu xəsarət alıblar.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər