Tələbə 4-cü mərtəbədən yıxılıb

Lənkəranda gənc qız binanın 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 7-də rayonun P.Təhməzov küçəsi, bina 4-də baş verib.

Belə ki, rayonun Şağlaküçə kənd sakini, 2001-ci il təvəlldlü, Lənkəran Dövlət Universitetinin I kurs tələbəsi Qönçə Əbilzadə babasının evində olarkən həmin mənzilin pəncərəsindən yıxılaraq xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əbilzadənin reanimasiya şöbəsində stasionar müalicəsi davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar