Menu

DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

09.12.2019, 16:27
DYP-nin sahə rəisi bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

Azərbaycanda polis rəisi bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb.

“Report”un əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Cəlilabad istismar səhəsinin rəisi Hüseynağa Hüseynov 68 saylı Cəlilabad kənd seçki dairəsi (Alar kəndi) üzrə bələdiyyə üzvlüyünə namizədliyini verib.

1958-ci il təvəllüdlü H.Hüseynov bitərəf olaraq öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

DİN-in Mətbuat Xidməti məsələni şərh etməyib.

Şərhlər

ferhad sahnezerov 2019-12-10 08:16:16

yemeknen doymayib yalamagnan doyacag

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol