Polad Bülbüloğlu səfirlərin fəaliyyətini qiymətləndirməyi səhv hesab edir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu editor.az saytının redaktoruna məktub yazaraq adının “İlin ən fəal səfiri” sorğusuna daxil edilməsindən narazılığını bildirib.

Məktubda səfir bildirir ki, son vaxtlar İnternet saytlarında aparılan sorğuların sayı artıb.

Polad Bülbüloğlu qeyd edir ki, Azərbaycan Prezidentinin təyin etdiyi səfirlərin fəaliyyətlərini müəyyənləşdirmək və ya müqayisə etmək, habelə naməlum meyar və standartlara görə səsvermə keçirərək işlərini qiymətləndirmək cəhdi səhv və qeyri-mümkündür.

“Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin bir yarası və böyük problemi var. Azərbaycanın bütün diplomatları bu çətin problemi həll etmək və Prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün fəaliyyət göstərdikləri ölkələrdə, səlahiyyətləri və imkanları daxilində, müəyyən işlər görürlər. Və bu cür işləri hər hansı bir sorğuda və ya səsvermədə qiymətləndirmək təkcə lazımsız deyil, həm də zərərlidir",-deyə məktubda vurğulanır.

Bununla əlaqədar olaraq, Polad Bülbüoğlu öz adının həmin siyahıdan çıxarılmasını xahiş edir.

635x100

Şərhlər

Pensooner 2019-12-09 22:51:35

Vətənpərvəlik -əclafların sığındığı son qaladır. Bülbüloğlu qarabağı geri alırmış, bixim xeberimiz yoxmuş...

yalçın 2019-12-09 22:25:00

çünki özü moskvanın moskvadakı səfiridir..

Nadir 2019-12-09 21:30:58

Polad Bülbüroğlu düz memir.Azərbaycanın Macarıstandakı səfiri Vilayə bəy yazirki çax-çuxdan bel səfir olar.

Son yazılar