"Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur" - Müdafiə Nazirliyi
Baxiş sayı:
Dərc olunub:
09/12/2019 - 18:28
Müdafiə Nazirliyi (MN) Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Nazirliyin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib.
"Eyni zamanda onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, - deyə məlumatda qeyd olunub.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.