HƏR KƏSİN ARZU ETDİYİ MƏNZİLLƏR İNŞA OLUNUR - FOTOLAR

Winter City Group 10 ildən artıqdır ki, tikinti sahəsində fəaliyyət göstərir və beynəlxalq standartlara uyğun premium klass binalar inşa edir. Şirkət hal hazırda Bakı şəhərinin mərkəzində 3 müxtəlif ərazidə Premium komplekslər inşa edir.

Bu komplekslər 28 Residence, Malibo Residence və Grand Plaza layihələridir. Pilot layihə çərçivəsində inşa olunan komplekslərdə sizlərin firavan və komfort içində yaşamağınız üçün tam infrasturuktur qurulacaqdır. Komplekslərin hər birinin bloku lobbi sistemidir. Girişdə sizləri və qonaqlarınızı gülərüz xanım əməkdaşlarımız qarşılayacaqdır.

Sürətli "Mitsubishi" liftləri ilə ən üst qata bir neçə saniyə ərzində çatacaqsınız. 3 metr 60 santimetr hündürlüyündə olan mənzilinizə daxil olarkən özünüzü şahlara layiq bir saraya daxil olurmuş kimi hiss edəcəksiniz. Mənzilinizdəki vitraj (yerdən tavana kimi pəncərə) önündə dayanıb dənizə olan mənzərəni seyr edərkən özünüzü bütün qayğılardan uzaq, zirvələri fəth edən bir kəs kimi hiss edəcəksiniz.

Kompleksin daxilindəki idman zalı, spa mərkəzi, həyətdəki futbol və basketbol meydançalarını isə sizin və ailənizin sağlamlığını düşünərək inşa edirik. Övladlarınızı əyləncəsini düşünərək həyət yanı sahəmizdə uşaqlar üçün xüsusi ərazi və təhlükəsizliyi düşünərək isə 24 saat canlı və kamerə nəzarəti ilə mühafizəni də təşkil edirik.

Elə bu səbəbi üstün tutaraq həyətə avtomobillərin girişinə qadağa qoyduq. Avtomobilinizi rahat şəkildə parkinq edilməsi üçün kompleksin mənfi 1 və mənfi 2 ci mərtəbələrində 1200 avtomobillik geniş qarajla da sizi və qonaqlarınızı təmin edirik. 

Winter City Group-un əsas fəlsəfəsi - hər kəsin arzuladığı evləri əlçatan etməkdir! Əraflı məlumat üçün 055 202 22 11 nömrəsinə müraciət edə bilərsiniz.

635x100

Şərhlər

A.Memmedov 2019-12-11 09:26:40

Tamam her bir yaxsi cehetleri yazibsiniz bes bu menziller genc ailelerin budcesine uyqundur mu ve bunu nece rahat?serfeli?uyqun sertlerle elde ede bilerik?

düz danışan 2019-12-11 09:17:00

əsas qiymətdir. Sözsüz ki, bizim kimi sadə insanların yox, yalnız imkanlıların, bizim kimilərin cibini boş qoyanlar üçün nəzərdə tutulub.

t.ədalət 2019-12-10 10:22:08

Avtomobillərin girişinə qoyulan qadağa zirzəmidəki park yerlərindən yaxşıca gəlir götürmək üçündür.

Son yazılar