Ana və iki azyaşlı uşağını vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakıda ana və iki azyaşlı uşağını maşın vurub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 24-də saat 22 radələrində Nərimanov rayonunun M.Nərimanov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri E.Məmmədova, 5 yaşlı qızı və 4 yaşlı oğlu vurulub. Nəticədə piyadalar xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Quliyev müəyyən edilərək saxlanılıb.

635x100

Şərhlər

T.ədalət 2019-12-10 19:02:16

Sürücü məsuliyyətini itirənlərə lənət!

Son yazılar