Menu

“Azərbaycan Sənaye Korporasiyası”nda daha bir kadr dəyişikliyi baş verib

11.12.2019, 15:41
“Azərbaycan Sənaye Korporasiyası”nda daha bir kadr dəyişikliyi baş verib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Heyvandarlıq” MMC-nin rəhbəri dəyişib.

"Report" xəbər verir ki, indiyə qədər müəssisəyə rəhbərlik edən Səbuhi Tahirzadəni onun müavini Azad Səmədov əvəz edib.

Xatırladaq ki, bir qədər əvvəl ASK-ya məxsus “ASK Şüşə” MMC-nin də rəhbəri dəyişmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol