Avropa Komissiyası “Yaşıl strategiya”sını təqdim edib
Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayen əsas hədəfi olan iqlim və enerjiyə dair “Yaşıl strategiya”sını təqdim edib.
“Report” TASS-a istinadən xəbər verir ki, 2030-ci ilədək dövr üçün nəzərdə tutulan yeni strategiyanın 260 milyard avro dəyərində olduğu bildirilir.Bu da 2018-ci ilin ÜDM-nin 1,5 faizi qədərdir.
Komissiyanın açıqlamasında həmçinin yaxın 100 gün ərzində ilk dəfə “Avropa İqlim Qanunu”nu təqdim edəcəkləri qeyd edilir. Bununla yanaşı, 2030-cu ilədək biomüxtəlifliyin mühafizəsi və yeni sənaye strategiyalarını, həmçinin dövriyyə iqtisadiyyatına dair tədbirlər planını təqdim etmək, həmin dövrdə tullantılarla bağlı hədəf göstəricilərinin artırılması üçün işlərə başlamaq qarşıya məqsəd kimi qoyulub.
2020-ci ilin əvvəlində Avropa Komissiyasının təqdim etmək üçün nəzərdə tutduğu sərmayə planına əsasən, iqlimlə bağlı fəaliyyətlərə Aİ-nin uzunmüddətli büdcəsinin azı 25 faizini ayırmaq, həmçinin Avropa Sərmayə Bankı və Avropa İqlim Bankı tərəfindən də əlavə yardım göstərilməsi nəzərdə tutulur.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.