Bakıda 2 avtomobil toqquşub, 7 nəfər xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib."Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində Abbasov Cəfər Mobil oğlu idarə etdiyi "Saipa" markalı avtomobilə idarə etməni itirərək nəqliyyat vasitəsini qarşıdan gələn, Qurbanov Elçin Vəli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüləri və avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Mirzəyev Rza Ziyəddin oğlu, 1983-cü il təvəllüdlü Kazımova Xatirə Tofiq qızı, 1987-ci il təvəllüdlü Əliyev Hüseyn Qəhrəman oğlu, 1987-ci il təvəllüdlü Əliyeva Günel Ələsgər qızı və 1993-cü il təvəllüdlü Ələsgərov Səddam Sədi oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar