Türkiyə TANAP vasitəsilə Azərbaycandan aldığı qazın qiymətinin endirilməsini istəyir.
Türkiyənin “Cümhuriyyət” qəzetinin məlumatına görə, Türkiyə tərəfi bildirir ki, Azərbaycan qazının rus qazından 12% ucuz olacağı bildirilsə də, daşıma xərclərinin çox baha olması bu gözləntini doğrultmayıb. Türkiyə tərəfi Əskişəhərdə təslim aldığı TANAP qazının hər 1000 kub üçün 78 dollar, Trakyada təslim aldığı hər 1000 kub üçün 101 dollar nəql xərci ödəyir. Yekunda Azərbaycan qazının qiymət gəlib 300 dollara çıxır. Halbuki, Avropa spot bazarında dekabrın ilk ongünlüyünün sonunda 165 dollar təşkil edib.
Türkiyənin qaz idxalının 21%-i Azərbaycanın payına düşür.
AzPolitika.info


Şərhlər
Qaz Kəmərləri Aİnin dəstəyi üçündür.