Financial Times qəzeti yazır ki, sanksiyalardan sonra Rusiyanın əks-hücumuna hazırlaşın.
Sanksiyalardan sonra Krım üzərində Rusiya bayrağı dalğalanır, Ukraynanın şərqində atəşkəs risk altındadır. Rusiya öz iqtisadiyyatından qalxan və iqtisadfi müharibə vasitəsi kimi istifadə edir.
Qəzet yazır ki, Qərb sanksiyalarından sonra mövcud müqavilələrin işləməsi davam edir. Maliyyə zərbəsi məhduddur, çünki Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır. Güclü sanksiya ilə zərbə Qərb şirkətlərinə də dəyə bilər.
Rusiya isə cavab verir. Rusiya Avropadan ərzaq almağı dayandırmaqla kifayətlənməyə bilər.
Rusiyanın əlində oynamağa kartı çoxdur. Rusiya ABŞ-ın kosmik raketlərinə mühərrik verməyi dayandıra bilər. Rusiya Qərb şirkətlərinin ehjtiyacında olduğu titanın və bir çox nadir xammalın dünyada ən böyük satıcısıdır. Rusiya İrana kömək edə bilər və ya Qərbin ən böyük banklarına kiber hücumlar tşkil edə bilər və s.
Qəzetin fikrincə Qərb Rusiyaya qarşı sanskiyaları İrana qarşı sanskiyalar kimi aparmalıdır. Bunlar tam olmalıdır və daima gücləndirilməlidir. Vaşinqton və Brüssel sankiya ilə bir az zərbə vurmaq istədikcə, bunun effekti olmaycaq. /AzadlıqRadiosu


Şərhlər