Menu

Yeni birlikdən İrəvana ilk zərbə

25.09.2014, 15:52
Yeni birlikdən İrəvana ilk zərbə

“Məlumatlı vətəndaşlar birliyi” gizli saxlanan sənədin detallarını açıb

Ermənistanda fəaliyyət göstərən “Məlumatlı vətəndaşlar birliyi” ictimai təşkilatı Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sazişin mətnini dərc etdirib.

ANS PRESS-in məlumatına görə, dərc olunmuş mətndə göstərilir ki, Gömrük İttifaqının Gömrük Məcəlləsinin 95-ci maddəsində bildirilir ki, “gömrük nəzarəti zonalarına yüklərin gömrük sərhədlərini keçdiyi yerlər aiddir”.

İctimai təşkilatın yaydığı məlumatı şərh edən “Lragir” portalı bununla bağlı bildirib: “Beləliklə, Dağlıq Qarabağ Gömrük İttifaqının sərhədlərindən kənarda qalır. Təbii ki, Ermənistandan Dağlıq Qarabağa gedən bütün yolların üzərində gömrük məntəqələri quraşdırılmalıdır. Buna görə də Ermənistandan Qarabağa aparılan bütün məhsullara yüksək rüsumlar şamil ediləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol