Britaniyada baş nazirin partiyası öndədir

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Boris Consonun sədri Mühafizəkarlar Partiyası üstünlük əldə edib.

APA-nın Böyük Britaniya bürosunun “BBC”yə istinadən verdiyi xəbərə görə, parlamentdə 650 yerdən 612-nin hansı partiyanın qazandığı açıqlanıb. Hazırkı nəticələrə görə, Mühafizəkarlar Partiyası 337, Leyboristlər Partiyası 199, SNP partiyası 46 əldə edib.

Mühafizəkarlar Partiyasının parlamentdə səs çoxluğu əldə etməsi üçün ən az 326 yerə ehtiyacı var idi. Leyboristlər Partiyasının ümumilikdə 201 yerə sahib olacağı gözlənilir. Partiya lideri Ceremi Korbin növbəti seçkilərdə leyboristləri təmsil etməyəcəyini bildirib.

Seçkilərlə bağlı tam nəticənin isə bu gün günorta saatlarında açıqlanması gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar