“Nazirlərin məruzəsindən sonra yaşamaq istəmirsən...” - Lukaşenko

Belarus Dövlət Tibb İnstitutunun kollektivi ilə görüşən Aleksandr Lukaşenko öz prezidentliyini həkim peşəsinə bənzədib. 

“AzPolitika.info” xəbər verir ki, Belarus mətbuatı ilə yanaşı Rusiya mətbuatında da prezidentin həmin görüşdəki açıqlamalarına geniş yer verilib.

Lukaşenko deyib ki, o da həkimlər kimi gün ərzində müxtəlif fərqli emosiyalar yaşayır: “Həkimlik qəddar peşədir. Sənə gün ərzində sonsuz təriflər söyləyə, qarşında baş əyə, diz çökə, çəkmələrini öpə bilərlər. Nahardan sonra isə elə söyərlər ki, yaşamaq istəməzsən. Sizin taleyiniz belədir...”

Belarus prezidenti qeyd edib ki, xüsusilə nazirlərin gündəlik məruzələri onun əhvalını gün ərzində bir neçə dəfə dəyişir: “Bu, təxminən məndəki kimidir. Səhər nazirlərin məruzələrindən sonra yaşamaq istəmirsən. Nahara doğru hardasa buludların arxasından günəş görsənir. Axşam isə əksinə olur. Sonra bütün gecəni yatmırsan.” Bu baxımdan səhiyyə işçilərini yaxşı başa düşdüyünü deyən Lukaşenko onların əməyini yüksək qiymətləndirdiyini bildirib.

635x100

Şərhlər

Kənd bakıya 2019-12-14 09:44:18

Azərbaycanlı qoy, "Hər iş əla və hamı yüksək rifahda!", desinlər.

Son yazılar