Menu

Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb

14.12.2019, 14:30
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb.

“Report” xəbər verir ki, iclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, bundan əvvəl növbədənkənar parlament seçkilərində iştirakla bağlı MSK-ya üç siyasi partiya müraciət etmişdi. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP).

Şərhlər

Millət 2019-12-14 15:06:46

Adları qalan,işləri.fəaliyyəti görünməyən partiyaların seçkiyə namizədləri kimə xidmət edəcək?Axı bu absurd seçim kimə gərəkdir.Niyə namizədlər xalq arasından .kollektivlər,əhali arasından sivil yolla seçilmir? Belə partiyalı seçim millətə gərək deyil!Yenə köhnə hamam,köhnə tas!uc

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol