"TÜRKİYƏ İNCİRLİK HƏRBİ BAZASINI BAĞLAYA BİLƏR" - Ərdoğandan sensasiyalı açıqlama

Türkiyə İncirlik hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber" telekanalının efirində bildirib.

O, qeyd edib ki, əgər rəsmi Vaşinqton Ankaraya qarşı sanksiyalar tətbiq etsə, Türkiyə bu hərbi bazanı Birləşmiş Ştatlara bağlayacaq.

 "İncirlik bazasının (ABŞ üçün) bağlanması haqqında qərar bizə aiddir. Əgər bunu etmək lazım olsa, onda biz İncirliyi və Kurəciyi bağlayacağıq", - deyə Türkiyə lideri vurğulayıb. Qeyd edək ki, Kürəjik bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin elementləri yerləşdirilib.

Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazalar bağlana bilər.

“ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq etsə, o zaman İncirlik də, Kürəcik də bağlanar. Hər şey ola bilər. Hipotezlər üzərində danışmaq istəməzdim. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. “F-35” və “S-400” arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “Xeyr” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. “S-400” hücum deyil, müdafiə sistemidir. “F-35” almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı, başqa bazarlar da ola bilər", - o deyib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar