Bakıda əri tərəfindən döyülən qadın özünü binadan atıb

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Ü. Z əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Z özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Z ərini saxlayıb. Araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar