Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunları təsdiq edib.
"Report" xəbər verir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunub.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib.
Qanunlar 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.


Şərhlər
Deqiq hansi senedler lazimdi Onu demirler
Gülməli deyilmi? İndiki ərzaq (insanın normal yaşayışı üçün hesablanmış) tələbatını.elektrik enerjisi,qaz,su məsrəflərini.insanın səhiyyə məsrəflərini (müayinə.dərman,əməliyyat),ay ərzində nəzərdə tutulmayn (toy,yas,nəqliyyat,və sair məsrəflərini hesaba alanın hansı normativlə və ağılla bu rəqəmləri təqdim etməsi və bu hədlərin möhtərəm Prezidentə təsdiq üçün təqdim etməsi ölkənin insanlara münasibətini əks etdirir.Belə əsassız hesablamanın təsdiqi isə insanların yaşayışına olduqca mənfi təsir göstərir.