Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın işi üzrə apellyasiya məhkəməsinin tarixi dekabrın 18-nə keçirilib.
Ermənistan KİV-i xəbər verir ki, bu haqda jurnalistlərə məhkəmənin hakimi Lusine Abqaryan məlumat verib.
Apellyasiya məhkəməsi bu gün Koçaryanın müdafiə tərəfinin Yerevanın birinci instansiya məhkəməsinin sabiq prezidentin girov müqabilində azad olunmasından imtina etməsi ilə bağlı şikayətinə baxıb. Vəkillər hakimin obyektivliyi şübhəsi ilə vəsatət qaldırıblar. Prokurorluq isə bu tələblə razılaşmayıb.
“Məhkəmə dekabrn 18-də yayımlanacaq vəsatətə dair qərar qəbul etmək üçün müşavirə otağına gedir”, - deyə hakim bildirib.
“Qafqazinfo” xatırladır ki, daha əvvəl məhkəmə hakiminin dekabrın 10-dan məzuniyyətə çıxacağı səbəbindən Koçaryanın məhkəməsinin gələn ilə qalacağı ilə bağlı məlumat yayılmışdı.
Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib. Bu, onun 3-cü həbsidir. Belə ki, Koçaryan daha əvvəl – 2018-ci ildə 2 dəfə həbs edilib və azadlığa çıxıb.


Şərhlər