Menu

Abşeronda avtomobil naməlum gənc qadını vuraraq öldürüb

17.12.2019, 10:11
Abşeronda avtomobil naməlum gənc qadını vuraraq öldürüb

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə dekabrın 16-da saat 23:15 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Orxan Çingiz oğlunun idarə etdiyi “Mercedes-Benz E220” markalı minik avtomobili yolu keçən piyada, təxminən, 23-25 yaşlarında olan qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2019-12-17 10:35:57

Piyadaların hüququ haqqında qanunlar çox zəifdir.Keçidlərdə qoyulan sürət həddini aşma üçün,ən azı beş min manat,ölüm hadisəsi baş verərsə,həm həbs,həm də yüz min manat cərimə müəyyən edsilməlidi.İkinci keçidlər yerin üstü ilə aparılmalı,avtomobillər həmin hissəni tunellə keçməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol