Menu

"Uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır" - Zahid Oruc

17.12.2019, 13:27
"Uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır" - Zahid Oruc

"İndi "uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır. "Uşaq pulu" məsələsində optimal qərara gəlmək mümkündür. Lakin ən maraqlısı odur ki, bunu o qüvvələr kampaniya şəklində edirlər".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, amma həmin şəxslərin özlərinin bir uşaqla belə şəkilləri yoxdur: "Bu adamlar uşağa elə qayğıdan danışırlar ki, doğrusu heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirlməsində birlikdə iştirak etməliyik".

Şərhlər

Həmid 2019-12-17 14:48:37

Ayə! Bunun üçün kompaniya aparılmalıdı? Gi-gic təkliflər bundan çıxır. Uşaq pulu ödənilməlidir,özü də kifayət edəcək miqdarda.!Ölkənin neft.qaz,qızılını az yeyin,bir az da uşaqlara verin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol