Menu

Tanınmış vəkil “Real Cümhuriyyətçilər” blokunu tərk etdi – Müstəqil namizəd olacaq

17.12.2019, 16:26
Tanınmış vəkil “Real Cümhuriyyətçilər” blokunu tərk etdi – Müstəqil namizəd olacaq

Tanınmış vəkil İradə Cavadova “Real Cümhuriyyətçilər” seçki blokundan çıxdığını bəyan edib. 

AzPolitika.info xəbər verir ki, o bu barədə sosial şəbəkədəki hesabında məlumat yayıb. İ.Cavadova bildirib ki, dekabrın 15-də adıçəkilən bloka qoşulmaqla bağlı tələsik qərar qəbul edib:

“Tələsik qərarıma görə üzr istəyirəm . Seçkilərdə tam müstəqil və bitərəf namizəd kimi iştirak edəcəyəm.Ümid edirəm ki, bu qərarla dostlara zərbə vurmadım”-deə İ.Cavadova bildirib.

Xatırladaq ki, “Real Cümhuriyyətçilər” bloku ReAL Partiyasının təşəbbüsü ilə bir sıra müstəqil namzidələrlə birgə yaradılıb. Blokun məqsədi fevralın 9-da keçirilməsi nəzrədə tutulan növbədənkənar parlament seçkilərində iştirak etməkdir.

AzPolitika.info

Şərhlər

PERVİZ 2019-12-18 12:11:16

BELƏLƏRİDİR DƏ GİRİRLƏR İTTİFAQLARA KOMANDA ALIRLAR HARALARDANSA VƏ ORANİ TƏRK EDƏRƏK İNSANLARİ MOTİVASİYADAN SALİRLAR. SƏN İKİ GİNDE FİKİRİNİ DEYİSİRSENSE SENDEN NE DEPUTAT CİXACAQ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol