Menu

Haftarın silahlı birlikləri Tripolinin 10 kilometrliyində döyüşlər aparır

17.12.2019, 18:42
Haftarın silahlı birlikləri Tripolinin 10 kilometrliyində döyüşlər aparır

Müxalif general Xəlifə Haftarın silahlı birlikləri Tripolinin 10 kilometrliyində döyüşlər aparır. Türkiyənin «TRT» telekanalına istinadla, bu barədə xəbəri «İnterfaks» agentiyi yayıb.

Telekanalın məlumatına görə, şəhərdə partlayış səsləri eşidilir. Liviya paytaxtının böyük hissəsi elektriksiz qalıb, işıqlandırma yalnız muxtar generatorlar quraşdırılmış evlərdə var.

Xatırladaq ki, ötən həftə Həftar Tripoliyə həlledici hücumun olacağını elan etmişdi. Şəhər hələlik Milli Həmrəylik hökumətinin nəzarəti altındadır.

Bunun ardınca xəbər yayılıb ki, Həftarın ordsu paytaxta doğru hərəkət edir və şəhərin cənub hissəsini ələ keçirib. 

Bununla belə, Milli Həmrəylik hökumətinin hərbi gücləri bəyan ediblər ki, Tripolidə vəziyyət onların nəzarəti altındadır.

«AzPolitika.info»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol