Şou əhli sənəti, deputatlar siyasəti hörmətdən saldılar

Seymur Verdizadə

Mən şou əhlini təkcə toylarda fonoqramla oxuduqları üçün tənqid etmirəm. Onların savadsız olmağı da məni maraqlandırmır. Ciddi musiqiyə arxa çevirmələrinə də birtəhər dözmək olar. Məni narahat edən onların sənəti ucuzlaşdırmasıdır… 

Əvvəllər min nəfərdən biri ürək edib səhnəyə çıxardı. Amma indi yumurtadan çıxanların hamısı səhnəyə hoppanır. Əsas problem budur! Camaat fikirləşir ki, Cabir, ya da Sabir oxuyursa, biz niyə oxumayaq? Axı mənim kimi şərti adı Cabir, yaxud Sabir olan o avaranın da səsi yoxdur. Heç kimi inandıra bilmirsən ki, oxumaq üçün səs lazımdır. Çünki indi oxuyanların çoxunun səsi yoxdur.

Azərbaycanın şou əhli ilə parlamentin istefaya göndərilən indiki tərkibi arasında müəyyən paralellər aparmaq mümkündür. Birincilər sənəti, ikincilər siyasəti hörmətdən saldılar. 

Ərindən boşanan arvadlar, atasına layiq oğul ola bilməyən kişilər müğənni olmağa can atdıqları kimi, heç vaxt yaralı barmağa məlhəm olmayan adamlar da deputat olmaq eşqinə düşüblər. Sosial şəbəkələr bizə həmin adamların savadı, dünyagörüşü barədə bilgi sahibi olmaq imkanı verir. Oxuduğum sonuncu status belə idi: “Məndə namizəd olacağam”.

Cümlədə “da” ilə “də”nin yerini müəyyən edə bilməyən, harda bitişik, harda ayrı yazıldığını qanmayan adamlar qanun yazmaq eşqinə düşüblər. Seçib-seçilmək hər bir insanın konstitusion hüququdir. Bu hüququ məhdudlaşdırmağın mümkün olmadığını mən də başa düşürəm. Bəli, hər kəsin deputat seçilmək hüququ var. Bəs haqqı da varmı? Niyə bu adamlar papaqlarını qabaqlarına qoyub fikirləşmirlər ki, onlardan deputat olmaz? Heç fikirləşmisinizmi Azərbaycanda niyə yerindən duran adamların hamısı deputat olmaq istəyir?

Xeyli düşünüb-daşınandan sonra bu sualın cavabını tapdım. İndi deputatları görəndən sonra camaat fikirləşdi ki, parlamentdə oturmaq üçün savada, dünyagörüşə, yüksək ağıla, xüsusi intellektə ehtiyac yoxdur. Cümlədə “da” ilə “də”nin yerini müəyyənləşdirə bilməyən insanlar fikirləşirlər ki, Hadı Rəcəbli, Cavid Osmanov, Xanlar Fətiyev deputat olursa, mən niyə olmayım? Aydın məsələdir ki, siyasətdə ən naşı adam da özünü Hadı Rəcəbli qədər nüfuzdan sala bilməz. İki uzunqulağın arpasını bölə bilməyən adamlar belə deputatlardan ruhlanıb, ortaya iddia qoyurlar. Qarşıda bizi məsuliyyətli dövr gözləyir. Sayıqlığı əldən verib bu adamları deputat seçsək, gələnlər gedənlərin ölənlərinə rəhmət oxutduracaq. Bizə özgələrinin deyil, özünün ölənlərinə rəhmət oxutduran deputatlar lazımdır… (moderator.az)

635x100

Şərhlər

AQAYEV 2020-01-07 16:31:06

Sizin yazılarınızı izləyirəm mətincə bundan daha ğüclü yazılarınızı oxumuşam.Qaldırdıqınız problemlər vaxtında vaxtında olur.ANCAQ BU YAZINIZ 10-LİQA DƏYİB.İş tapmayanlar ya mədəniyyətə yada SİYASƏTƏ cumur. İT yala cuman kimi.

Bayram Vəliyeev 2019-12-18 16:30:42

Elə bilirsiniz ki,YAP ortaya yeni namizədlər çıxarıb, köhnələrini n-yəni savasızlarından vaz keçxək?Baxarsınız,əgər 5-10 yeni gənc namizəd versələr belə onların köhnələrinin evladları və ya qohumlarl (yəni YeRaz-lar-erməni,kürd qarışıq)olacaqlar.Çünki köhnələr seçimin rüşvət yolunu bilirlər.Əgər bir az ciddi yanaçsaq YAP-ın namizədlərinin özəy hissəsini savadsız,uyğun olmayan köhnə deputatlar olacaq.Bu isə həm qeyri-qanunihəm ölkənin içicinə zərbə və,həm də ayıbdır.Bizdə seçkim mədəniyyəti formaalaşmayıb və görübnən odur ki,iqtidar da bunu istəmir.

Elli 2019-12-18 15:30:49

Seymur müəllim! Yazınızı dəstəkləyirəm.

Son yazılar