Menu

Putin Trampın impiçmentinə münasibət bildirib

19.12.2019, 14:52

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasına münasibət bildirib.

APA-nın mətbuat konfransında iştirak edən Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidenti impiçmentin baş tutacağına əmin deyil.

“Əmin deyiləm ki, onun prezidentliyi başa çatır. Bu, daxili siyasi mübarizənin davamıdır”, - deyə Kremlin rəhbəri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol